YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Qaçqın və köçkün uşaqların itkin düşmələrinin qarşısını almaq üçün effektiv strategiyaya ehtiyac var

"Hesab edirəm ki, bu hesabatın mövzusu çox vacibdir. Çünki söhbət miqrasiya zamanı çətin şəraitdə itkin düşən uşaqlardan gedir". Bunu Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində türkiyəli parlamentari Serap Yaşarın müəllifi olduğu "Avropada itkin düşmüş qaçqın və miqrant uşaqlar" mövzusunda məruzənin müzakirəsi zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

Türkiyəli həmkarının hazırladığı sənədi dəstəkləyən S.Qafarova deyib ki, miqrant və sığınacaq axtaran uşaqlar daha çox həssas olurlar və buna görə səyahət zamanı üzləşdikləri çoxsaylı təhlükələrdən - zorakılıq, insan alveri və istismardan xüsusi qorunmağa ehtiyac duyurlar.

Sahibə Qafarova deyib ki, qaçqın və köçkün uşaqların itkin düşmələrinin qarşısını almaq üçün effektiv strategiyaya ehtiyac var. Müvafiq milli və regional qurumlar, o cümlədən hüquqi yardım və əməkdaşlıq bu strategiyanın əsas elementləri olmalıdır. Avropa Şurası Avropada bu cür əməkdaşlığı təmin edən və bunun üçün beynəlxalq hüquqa uyğun zəruri zəmin hazırlayan çoxillik təcrübəyə malikdir. Biz Avropa Şurasının parlamentariləri olaraq, onun unikal təcrübəsindən itkin düşmüş, sayını hələ müəyyən etmək mümkün olmayan miqrant və qaçqın uşaqları məsələsində əməkdaşlığa zəmin yaratmaq üçün istifadə etməliyik.

Çıxışında erməni parlamentarinin fikirlərinə də münasibət bildirən Sahibə Qafarova deyib: "İtkin düşən uşaqlar mənim üçün çox çətin mövzudur. Ölkəm Azərbaycanın 20 faizi Ermənistan tərəfindən işğal olunub və işğal nəticəsində 1 milyona qədər qaçqın və məcburi köçkünümüz var. Yeri gəlmişkən, bir neçə dəqiqə əvvəl erməni parlamentari burada çıxış etdi. Güman edirəm ki, o, ölkəsinin işğalçı ölkə olduğunu unutdu. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yüzlərlə uşaq itkin düşüb, minlərlə insan həlak olub".

 

DİGƏR Xəbərlər Arxiv