YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallı seçiciləri parlament seçkilərində Məşhur Məmmədova səs verəcəklər

70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Məşhur Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Bu silsilədən növbəti görüş rayonun Qarğalıq kəndində keçirilib.

Görüçü açan YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev deputatlığa namizəd haqqında ətraflı məlumat verib.

Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov YAP-ın seçki proqramı barədə danışıb.

Görüş iştirakçılarından Hacı Rəbbi, Zəfər Əhmədov, Mirzağa Süleymanov və başqaları çıxış edərək parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv