YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə YAP-ın təbliğat-təşviqat kampaniyası uğurla davam edir

YAP tərəfindən 102 saylı Samux-Şəmkir seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Səfərov Nizami Abdulla oğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunun Talış kəndində görüş keçirib.

Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyasının 102 saylı Samux-Şəmkir seçki dairəsi üzrə səlahiyyətli nümayəndəsi Gündüz Bayramov da iştirak edirdi.

YAP-ın 102 saylı Samux-Şəmkir seçki dairəsi üzrə səlahiyyətli nümayəndəsi Gündüz Bayramov çıxış edərək qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir - fevralın 09-da ölkəmizdə VI çağırış Parlament seçkiləri keçiriləcək. “Respublikamız parlament seçkilərinə sabitlik və inkişafın fonunda gedir. Bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə, seçicilərin etimadına güvənir. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq”, - deyən G.Bayramov 102 saylı Samux-Şəmkir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nizami Səfərovun fəaliyyəti haqqında məlumat verib

Namizəd Nizami Səfərov əvvəlcə seçicilərinə müstəqil Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan bəhs edib. Namizədin sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin ötən il həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi yönündə müvafiq addımlar atılıb. Deputatlığa namizəd dövlət tərəfindən regionlarda iqtisadi inkişafın əldə edildiyini, o cümlədən kənd təsərrüfatı, infrastruktur quruculuğu və digər sahələrdə mühüm uğurlara nail olunduğunu qeyd edib.

Seçicilər deputatlığa namizəd Nizami Səfərovdan razılıqlarını bildirib, həmçinin gələcək seçkilərdə ona uğurlar diləyiblər.