YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Əli Hüseynli Yevlaxda seçicilərlə növbəti görüşünü keçirib

Yeni Azərbaycan Partiyası tərəfindən 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizəd olan Əli Hüseynli təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlax rayonu Duzdağ qəsəbəsi, Qaraoğlan Havarlı və Əkşəm kəndlərində seçicilərlə görüş keçirib.

Görüş zamanı deputatlığa namizəd Əli Hüseynli ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxli və xarici siyasətdən danışmış, dövlətin vətəndaşına olan diqqət və qayğısından bəhs etmişdir. Seçicilərlə söhbəti zmanı öz seçki platformasından danışan Əli Hüseynli parlamentdəki fəaliyyəti barədə seçicilərinə də hesabat xarakterli məlumatlar vermişdir.

Sonda seçicilər Yeni Azərbaycan Partiyasının namizədinin onları təmsil etməyə ən layiqli namizəd olduğunu qeyd edərək 9 fevral tarixində keçiriləcək parlament seçkilərində yenidən ona səs verəcəklərini  bildiriblər.