YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Tahir Rzayev Ağcabədinin Şənlik və Nəcəfqulubəyli kəndlərində seçicilərlə görüşüb

82 saylı Ağcabədi seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Tahir Rzayev Ağcabədi rayonunun Şənlik və Nəcəfqulubəyli kəndlərində seçicilərlə görüşüb.

 Seçicilər namizədə son illər ərzində ölkədə və xaricdə baş verən hadisələr, iqtisadi-sosial inkişaf, milli adət-ənənələrimiz, dəyərlərimiz haqqında müxtəlif suallar ünvanlayıblar.

Deputatlığa namizəd Tahir Rzayev də bu suallara cavab verərək ölkə həyatında baş verən dəyişiklikləri, inkişafı, sabitliyi dövlət başçısı cənab İlham Əliyevin düşünülmüş siyasəti ilə əlaqələndirib və hər bir kəsi bu inkişafa dəstək verməyə çağırıb.

Seçicilər seçki kampaniyasında yaxından iştirak edəcəklərini, Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərinə söz veriblər.