Xəbərlər
Deputatlığa namizəd Sevinc Hüseynova Gədəbəyin Dəyirmandağ kəndində seçicilərlə görüş keçirib

103 saylı Gədəbəy seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Sevinc Hüseynova Gədəbəy rayonunun Dəyirmandağ kəndində seçicilərlə görüş keçirib.
Görüşdə namizədlə bərabər rayon təşkilatının seçki qərargahının üzvləri Məlahət Əliyeva və Xəyyam Vəliyev də iştirak edib. Deputatlığa namizəd Sevinc Hüseynova görüşdə sakinlərlə səmimi söhbət edib. Söhbət zamanı Azərbaycanın istər dünya, istərsə də ölkədaxili inkişafından söz açan namizəd, bütün bunların dövlət başçısı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində baş tutduğunu xüsusi vurğulayıb.
Respublikamızın hər bir bölgəsində olduğu kimi Gədəbəydə də günbəgün yaxşılaşan sosial-iqtisadi vəziyyətdən razılığını ifadə edən seçicilər bunun üçün dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Həmçinin, seçicilər Yeni Azərbaycan Partiyasının layiqli namizədini dəstəklədiklərini və seçkilərdə ona səs vereceklərini sevinc hissi ilə dilə gətiriblər.