Xəbərlər
Deputatlığa namizəd Fatma Yıldırım seçicilərlə görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədi Fatma Yıldırım seçicilərlə növbəti görüşlərini rayonun Gərənə kəndində sakinlərin evlərini ziyarət etməklə keçirib.
Böyük ruh yüksəkliyi ilə keçən görüşlərdə Fatma Yıldırım seçicilərə öz fəaliyyəti haqqında məlumat verib, cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən, eləcə də, ölkədə gedən kadr islahatlarından, iqtisadi-siyasi islahatlardan danışıb. Fatma Yıldırım qarşıda görüləcək işlərlə bağlı məlumat verərək seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəallıq göstərməyə çağırıb.
Deputatlığa namizəd Fatma Yıldırımın fəaliyyətini yüksək dəyərləndirdiklərini bildirən seçicilər parlament seçkilərində dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.