YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədi Tahir Mirkişili seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının 42 saylı Sumqayıt ikinci seçki dairəsindən millət vəkilliyinə namizədi Tahir Mirkişilinin seçicilərlə növbəti görüşü olub. Namizədin vəkillərinin də iştirak etdiyi tədbirdə Azərbaycanda keçiriləcək növbəti parlament  seçkiləri ilə bağlı məlumat verilib. Bildirilib ki, hər zaman dövlətçiliyə bağlılıqları ilə seçilən Sumqayıt seçiciləri daim seçkilərdə YAP-ın namizədlərini dəstəkləyirlər. Görüşdə həmçinin seçicilərin feralın 9-da "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədlərini növbəti dəfə dəstəkləyəcəkləri ilə bağlı əminlik ifadə olunub.

Çıxış edən YAP-ın 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədi Tahir Mirkişili Azərbaycanın bu gün regionun ən inkişaf etmiş ölkəsi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, aparılan islahatlar nəticəsində əhalinin həyat şəraiti daha da yaxşılaşır, sosial problemlər həll edilir, şəhərlərimizdə geniş abadlıq-quruculuq işləri aparılır. T.Mirkişili deyib ki, son illərdə ölkəmizdə aparılan siyasətin nəticəsində bütün sahələrdə böyük inkişaf müşahidə olunur. O qeyd edib ki, bu inkişafdan Sumqayıt şəhərinə də pay düşüb və dövlətimizin başçısının hər zaman Sumqayıta qayğı ilə yanaşdığını önə çəkib. Namizəd bütün seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində fəal olmağa və layiqli namizədə səs verməyə çağırıb.