YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın namizədi Kamran Bayramov Daşkəsən rayonu Quşçu körpüsü qəsəbəsində və Çovdar kəndində seçicilərlə görüşüb

Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Kamran Bayramovun təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.

Növbəti belə görüşlər Daşkəsən rayonunun Quşçu körpüsü qəsəbəsində və Çovdar kəndində keçirilib. Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxış edərək YAP-ın parlament seçkilərinə hazırlığı barədə məlumat verib. YAP-ın qələbələr partiyası olduğunu söyləyən M.Yolçuyev qeyd edib ki, partiyamız bu parlament seçkilərində də qələbə qazanmaq əzmindədir. Rayon təşkilatının sədri YAP-ın namizədi K.Bayramovun fəaliyyəti haqqında da danışaraq deyib ki, Kamran Bayramov Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi ötən dövr ərzində seçiciləri ilə ünsiyyətdə olan, onların sosial qayğıları ilə daim maraqlanan fəal millət vəkillərindən biri olub. Vurğulanıb ki, K.Bayramov seçicilərin qaldırdığı məsələlərə hər zaman həssas yanaşıb, rayonun problemləri ilə bağlı məsələləri Milli Məclis tribunasından səsləndirib. O, seçiciləri 9 fevralda yüksək fəallıq göstərməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Kamran Bayramov göstərilən yüksək etimada və onun fəaliyyətinə verilən qiymətə görə seçicilərə minnətdarlıq edərək, növbəti dəfə Milli Məclis üzvlüyünə seçilərsə, yenə də seçiciləri ən yaxşı şəkildə təmsil edəcəyinə söz verib.

DİGƏR Xəbərlər Arxiv