YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Baş nazir Artur Rasizadə Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir yeni tikilən və tam təmir olunan qərargaha, döyüş növbəsinin aparıldığı binalara, start-komanda məntəqəsinə, əsgər yataqxanasına və yeməkxanalara, hamam-camaşırxana-qazanxana kompleksinə, nəzarət buraxılış məntəqəsinə və sıra meydanına baş çəkib, orada yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar Silahlı Qüvvələrin döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri xüsusi vurğulayıb.
Uçuş-texniki heyəti ilə görüşən Baş nazir Artur Rasizadə aviabazanın ərazisində aparılan işlərdən məmnun qaldığını, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib və şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün davamlı tədbirlər görüləcəyini diqqətə çatdırıb.