YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimovun seçicilərlə görüşləri uğurla davam edir

YAP Xaçmaz rayon təşkilatı 09 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə seçkilərinin Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Eldəniz Adil oğlu Səlimovla Müzəffəroba, Köhnə Xaçmaz, Xaspoladoba, Gəncəli, Bəbəli, Əzizli kənd seçiciləri  ilə görüşü keçirilmişdir.

Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xan-Babayev açaraq ölkəmizdə Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır, bütün bunlara görə Möhtərəm Prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk. Milli Məclis deputatlığına namizəd Eldəniz Adil oğlu Səlimovun ötən çağırışda fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

Tədbirdə Milli Məclisin üzvlüyünə namizəd Eldəniz Səlimov, Abasyar Heydərov, Vidadi Balabəyov, İslam Güləli oğlu  və başqaları çıxış edərək, 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verməklə partiyamıza, dövlətimizə, dövlətimizin uğurlu siyasətinə və nəhayət Heydər Əliyev ideyalarına səs vermiş olacağıq.