YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Ramil Həsən Ucar rayonunun Pirkənd, Qaracallı və Küçəkənd kəndlərində seçicilərlə görüş keçirib

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ramil Həsən parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayonunun Pirkənd, Qaracallı və Küçəkənd kəndlərində seçicilərlə görüş keçirib.

Görüşlərdə çıxış edən  YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə  getdiyini bildirib.

Partiyanın namizədi Ramil Həsən çıxış edərək Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bölüşüb, partiyanın seçki proqramı haqqında məlumat verib.

Seçicilərdən  İbrahimxəlil Qədirov, Tapdıq İsayev, Musa Abdıyev, Şahlar Qurbanov, Sahibə İsgəndərova, Azər Rüstəmov, Abid Musayev və Səbuhi Mahmudov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd ediblər.

Daha sonra Ramil Həsən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini ziyarət edib.