YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının namizədi Hicran Hüseynovanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın Sumqayıt şəhəri 48-ci məhəllədə yaşayan aztəminatlı ailələr və şəhid ailələrini ziyarət edib, eləcə də 18-ci mikrorayon sakinləri ilə növbəti görüşü keçirilib.

Görüşdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Təranə Rəcəbli, Sumqayıt Dövlət Universitetinin prorektoru Ramazan Məmmədov, Sumqayıt Dövlət Universitetinin pedaqoji təcrübə rəhbəri, ağsaqqal Əvəz Mahmudov, Prezident yanında Beynəlxalq Humanitar Yardım Komissiyasının üzvü, Tərəqqi Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, Sumqayıt Dövlət Texniki Kollec direktoru Mətanət Pirquliyeva, eləcə də mokrorayonu təmsil edən yaşlı nəslin nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və sakinlər iştirak ediblər.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyev və bugün onun siyasətini uğurla aparan Prezident İlham Əliyevin Azərbaycanın, o cümlədən Sumqayıt şəhərinin inkişafı üçün gördüyü işlərdən danışıblar. Bununla yanaşı çıxışçılar Hicran Hüseynovanın fəaliyyəti, onun elmi, pedaqoji və dövlət məmuru kimi böyük  təcrübəsindən danışıblar. Mikrorayonu təmsil edən sakinlər də çıxış edərək bildirdilər ki, seçki günü məntəqələrə gələrərək yekdilliklə Hicran Hüseynovaya səs verəcəklər.

Hicran Hüseynova çıxış edərək Yeni Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ona etimad göstərib, Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürdüyü üçün öz minnətdarlığını bildirib və qeyd edib ki bu, böyük bir inamdır, etibardır.

Sonda Hicran Hüseynova seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Mili Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə, öz siyasi iradələrini göstərməyə səsləyib.

Görüş zamanı həmçinin vətəndaşlar tərəfindən səsləndirilən təklif və müraciətlər dinlənilib və müvafiq tədbirlərin görülməsi üçün qeydə alınıb.