YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Ceyhun Məmmədov Nizami rayonunda məskunlaşan Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşüb

Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov seçki kampaniyası çərçivəsində Nizami rayonunda məskunlaşan Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşüb.

Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev ölkəmizdə son illərdə aparılan uğurlu siyasət nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. Natiq həmçinin qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib, seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.

Daha sonra çıxış edən YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədi Ceyhun Məmmədov öz seçki platforması haqqında geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğulluğu istiqamətində fikirləri haqqında söhbət açıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən islahatlar nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Ceyhun Məmmədov seçicilərə bildirib ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək.

Tədbirdə namizədin vəkilləri və seçicilər çıxış ediblər. Görüşün sonunda seçicilər onları maraqlandıran sualları deputatlığa namizəd Ceyhun Məmmədova ünvanlayıblar.