YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib

Yeni Azərbaycan Partiyasının 23 saylı Nəsimi-Səbail III Seçki Dairəsi üzrə namizədi Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib. Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri 21 saylı Nəsimi I Seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Məlahət İbrahimqızı, həmçinin YAP-ın 22 saylı Nəsimi II Seçki Dairəsi üzrə namizədi Sərraf Hüseynov da iştirak edib.

Öncə YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi dərin islahatlar, ölkəmizin hər bir guşasində bu islahatların hiss edilən müsbət təsirləri haqda söhbət açıb. Sonra rayon sakinlərinə YAP-ın bu ərazi üzrə namizədi Elnur Rəhimov haqqında məlumat verib və sakinləri 9 fevral seçkilərində onu dəstəkləməyə çağırıb.

Daha sonra çıxış edən Elnur Rəhimov Azərbaycan dövlətinin gənclərə olan qayğı və diqqətindən, eləcə də Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan danışıb. Elnur Rəhimov YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri olduğu zaman gənclərlə apardığı işlər və həyata keçirdiyi beynəlxalq layihələrlə bağlı seçiciləri məlumatlandırıb. Onları 9 fevral parlament seçkilərində Azərbaycan gənclərinə etimad göstərməyə çağırıb.

22 saylı Nəsimi II Seçki Dairəsindən YAP namizədi olan Sərraf Hüseynov da görüşdə çıxış edərək seçicilərdən gənc namizədlərə dəstək olmasını xahiş edib. O bildirib ki, Parlamentin gəncləşməsi əslində İlham Əliyevin çağırışıdır və düşünürük ki, xalqımız da Prezidentimizin bu çağırışına adekvat olacaqdır.

Görüşün sonunda sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib.