YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Nurlan Həsənovun seçicilərlə növbəti görüşü Şəmkir rayonunun Düyərli kəndində keçirilib

99 saylı Şəmkir kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Nurlan Həsənovun seçicilərlə görüşü davam edir. Nurlan Həsənovun seçicilərlə növbəti görüşü Şəmkir rayonunun Düyərli kəndində keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyasının namizədi Nurlan Həsənov, YAP Şəmkir rayon Seçki Qərərgahının sədri Fəxrəddin Vəliyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rəfayıl Gülməmmədov, Seçki Qərərgahının üzvlərindən Famil Həmidov və Düyərli kəndinin seçiciləri iştirak etdilər.

Görüşü giriş sözü ilə açan YAP Şəmkir Rayon Təşkilatının eyni zamanda Seçki Qərərgahının sədri Fəxrəddin Vəliyev qeyd etdi ki, müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə ilk Parlamentinin formalaşdırıldığı vaxtdan bu günə qədər keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası hakim və ümumxalq partiyası statusuna layiq olduğunu sübut edərək seçkilərdə mütləq qalibiyyətini təmin edib. 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərinə də partiyamız ciddi hazırlaşmış, 123 seçki dairəsinə özünün layiqli namizədlərini irəli sürmüşdür. O cümlədən, VI çağırış Milli Məclisə Seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən 99 saylı Şəmkir kənd Seçki Dairəsindən Həsənov Nurlan Urfan oğlunun namizədliyi irəli sürülüb.

Çıxış edən YAP Mərkəzi Aparatının məsul işçisi Rəfayıl Gülməmmədov Yeni Azərbaycan Partiyasnın Sədri cənab İlham Əliyevin 5 dekabr 2019-cu il Fərmanı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı barəsində seçicilərə məlumat vermişdir.Ölkədə aparılan iqtisadi və siyasi islahatların uğurla həyata keçirilməsi, Azərbaycanda aparılan beynalxalq təşkilatlarla məqsədyönlü işin nəticələrinə toxnulmuşdur.

R.Gülməmmədov qeyd etdi ki, Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır.

Yeni Azərbaycan Partiyasının 99 saylı Şəmkir kənd seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizədi Nurlan Həsənov seçicilərinə seçki platformasındakı prioritet məsələlər barədə məlumat verdi. Ölkədə islahatların aparılması zərurətindən, qarşıdakı hədəflərdən, starteji istiqamətlərdən, seçiciləri narahat edən məsələlərə aydınlıq gətirdi. Çıxış zamanı Nurlan Həsənov xüsusi olaraq qeyd etdi ki, Yeni Azərbaycan Partiyası seçkilərə möhtəşəm hesabatı və növbəti beş il üçün böyük proqram ilə gedir. Dövlətimizin qüdrətinin yüksəlməsi, iqtisadi inkişaf, sosial rifah, təhsil islahatları, səhiyyədə yüksəliş, ordu quruculuğu bizim əsas prioritet istiqamətlərimizdən biridir.

Görüşdə çıxış edən kənd sakinlərindən İlhamə İbrahimova, Tahir Məmmədov və başqaları, ölkə başçısı cənab İlham Əliyevin apardığı dinamik islahatlardan, ölkənin hər yerində olduğu kimi Şəmkir rayonunun abadlaşmasından, insanların rifah halının yaxşılaşmasından razılıqlarını bildirdilər, parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildirərək namizədə uğurlar dilədilər.

Yüzlərlə seçicinin iştirakı ilə keçirilən görüşdə yüksək əhval-ruhiyyə bir daha onu göstərirdi ki, xalq həmişə olduğu kimi, bu seçkilərdə də “Daha güclü Azərbaycan naminə” Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcək.

 

DİGƏR Xəbərlər Arxiv