YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

82 saylı Ağcabədi seçki dairəsindən namizəd Tahir Rayevin görüşləri davam edir

82 saylı Ağcabədi  Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Rzayev Tahir Musa oğlunun seçicilərlə  görüşü davam edir.

Növbəti görüş həmin dairənin  əhatə etdiyi Salmanbəyli və Qaradolaq kəndlərində keçirilmişdir.

Görüşləri YAP Ağcabədi rayon təşkilatının seçki qərargahının üzvü Mehman Novruzov açmış, deputatlığa namizəd Tahir Rzayevin tərcümeyi halı və əmək faliyyəti barədə  seçicilərə məlumat vermişdir.

Deputatlığa namizəd  çıxış edərək  görüşlərə gəldiyi üçün seçicilərə minnətdarlığını bildirmiş,  ardıcıl olaraq  Parlament seçkilərində  onu dəstəklədikləri üçün  təşəkkür etmişdir.

Tahir Rzayev çıxışında  Yeni Azərbaycan Partiyasının seçki proqramı ilə seçiciləri tanış etmiş, növbəti  5 il üçün fəaliyyət proqramını açıqlamışdır. O qeyd etmişdir ki,  Respublikamız son illər Ümummilli Lider Heydər Əliyevin siyasətinin  davamı olaraq  çox böyük irəliləyişlərə nail olunmuş,  bütün bölgələrdə Regionların İnkişafı Dövlət Proqramı uğurla həyata keçmişdir.  Salmanbəyli  kəndndə  bütün evlərə qaz çəkilmiş,  əkin sahələrinin suvarılması üçün  Qarabağ kanalından su kəməri çəkilmiş, ötən  ildə isə  müasir tipli  gözəl məktəb istifadəyə verilmişdir. Lakin  rayon mərkəzi ilə Salmanbəyli  kəndini birləşdirən yolun tikintisinə ciddi ehtiyac olduğunu bilirəm. Bu məsələ tərəfimizdən qaldırılacaq  və tezliklə həllini tapacaqdır.

Salmanbəyli kəndində seçicilərdən Heydər Məmmədov, Aminə Mürşüdova, Fəxrəddin Qasımov, Sabir Sultanov çıxış edərək növbəti seçkilərdə də  Yeni Azərbaycan Partiyasının namizədi Tahir Rzayevə səs verəcəklərini bildirmişlər.

Qaradolaq kəndində  isə seçicilər adından  Habil Abbasov, İsrail Vəliyev, Süleyman Quliyev,  Ədalət Cəfərov çıxış edərək son dövrlər kənd ərazisində  xeyli işlər görüldüyünü- rayon mərkəzini birləşdirən asvalt yolun çəkildiyini, qazlaşmanın başa çatdığını, 2019-cu ildə isə müasir tipli 264 yerlik məktəb binasının  tikilib istifadəyə verilməsini diqqətə çatdırmışlar. Lakin kənddə əkin sahələrinin suvarılması üçün suvarma suyuna və əhalinin içməli suya olan təlabatında  müəyyən problemlər mövcuddur. Əminik ki, siz növbəti dəfə deputat seçkilərində qalib gələrək  mövcud  problemlərin həllinə öz köməyinizi əsirgəməyəcəksiniz

Biz həmişəki kimi YAP-n namizədi olaraq sizə səs verəcəyik. Yeni Azərbaycan Partiyasının namizədi bizim seçimimizdir.

 

DİGƏR Xəbərlər Arxiv