YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd  Kamran Bayramovun  seçicilərlə görüşləri davam edir.

Deputatlığa namizəd Şəmkirin Mehrili kəndini gəzib, seçicilərin qapılarını döyüb, kənd ağsaqqalarının və ziyalılarının evlərində qonaq olub. Həmçinin seçki təşviqatı aparıb.

Kamran Bayramov Mehrili kəndindən sonra  Abbaslı kəndində olub. Görüşdə əsasən təhsil işçiləri iştirak edib. Təşviqatını aparıb, insanları danışıb, onların problemlərini dinləyib.

Abbaslı  kəndinin seçiciləri də seçimlərinin birmənalı olaraq Yeni Azərbaycan Partiyası olduğunu qeyd ediblər.

Deputatlığa namizəd sonra Abbaslı kəndini gəzib, insanların gündəlik həyatını canlı seyr edib. Yolüstü şəhid Ələmdar Ələkbərovun qardaşı Allahyar müəllimlə görüşüb. Şəhidimizin ailəsi deputatlığa namizədi evində qonaq edib, çay süfərsi açıb və Kamran Bayramova xeyir-duasını verib.

Kamran Bayramov Abbaslıda digər evləri də gəzib, insanlarla görüşüb, onları dinləyib, seçki təşviqatını aparıb.

 

DİGƏR Xəbərlər Arxiv