YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Sevinc Hüseynova Gədəbəyin Samanlıq kəndində seçicilərlə görüşüb

YAP-ın 103 saylı Gədəbəy Seçki Dairəsindən deputatlığa namizədi Sevinc Hüseynovanın Gədəbəy rayonunun Samanlıq kəndində seçicilərlə görüşü keçirilib.  Görüşdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev dövlətçiliyə sədaqəti ilə fərqlənən Gədəbəy sakinlərinin parlament seçkilərində yekdilliklə iştirak edəcəyinə əminliyini ifadə edib. Bildirilib ki, 103 saylı Gədəbəy seçki dairəsindən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd Sevinc Hüseynovanın ötən beş ildə millət vəkili olaraq fəaliyyəti seçicilər tərəfindən dəyərləndirilir. R.Nağıyev seçicilərin növbəti dəfə Sevinc Hüseynovanı dəstəkləyəcəyinə, "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədinə səs verəcəyinə inandığını bildirib.

Çıxış edən millət vəkilliyinə namizəd S.Hüseynova ilk olaraq onun namizədliyini irəli sürən YAP-a və partiyanın Sədri İlham Əliyevə minnətdarlığını bildirib. S.Hüseynova ölkəmizdə, ən əsası bölgələrdə bütün sahələr üzrə paralel şəkildə yenidənqurma, müasirləşdirmə işlərinin aparıldığını önə çəkib. Bu yeniliyin vətəndaşların rifahına xidmət  göstərdiyini deyən S.Hüseynova kənd təsərrüfatına edilən yardımların, ayrılan subsidiyaların, eləcə də qəbul olunmuş Dövlət proqramlarının əhəmiyyətindən bəhs açıb: "Bölgələrimizdə kənd təsərrüfatının inkişafı yeni mərhələyə qədəm qoyub. Kiçik və orta sahibkarlığın inkişafına verilən dəstək bunu deməyə əsas yaradır. Mən inanıram ki, seçicilərimiz fevralın 9-da YAP-ın namizədlərini dəstəkləyəcək".

Tədbirdə çıxış edən seçicilər Sevinc Hüseynovaya səs verəcəklərini bəyan ediblər.

DİGƏR Xəbərlər Arxiv