YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının 90 saylı Ağdaş Seçki Dairəsindən namizədi Cavid Osmanovun seçiciləri ilə keçirdiyi növbəti görüşləri rayonun Qolqəti və Korarx kəndlərində oldu.

Görüşlərdə çıxış edən Cavid Osmanov Milli Məclisdəki fəaliyyəti, rayon seçiciləri ilə keçirdiyi görüşlər və gördüyü işlərin qısa hesabatını seçicilərinin diqqətinə çatdırdı. Son 16 il ərzində ölkədə görülən işlərdən, həyata keçirilən uğurlu siyasətdən söhbət açan Cavid Osmanov bildirdi ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət apararaq Azərbaycan xalqının maraqlarını hər zaman müdafiə etsin. Ölkəmizdə beynəlxalq layihələrlə yanaşı ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyi görüş iştirakçılarının diqqətinə çatdırıldı. Çıxışı zamanı son illərdə Ağdaş rayonunun sürətlə inkişaf etməsinə və bu inkişafın səbəbinin Yeni Azərbaycan Partiyasının sədri, cənab prezidentimiz İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətin olmasına toxunan Cavid Osmanov ağdaşlıların məhz bunun üçün də Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdiyini qeyd etdi. Cavid Osmanov vurğuladı ki, keçirilən bütün görüşlərdə seçicilərin ona yekdilliklə dəstək olmaları da ağdaşlıların dövlətə-dövlətçiliyə, Yeni Azərbaycan Partiyasına olan sədaqətindən irəli gəlir. Çıxışının sonunda Cavid Osmanov göstərdikləri dəstəyə və etimada görə öz seçicilərinə dərin minnətdarlığını bildirdi.

Görüşlərdə çıxış edənlər seçki günü YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.