Xəbərlər
Deputatlığa namizəd Elşad Mirbəşiroğlu Göygöl rayonunun Qızılca, Qırıxlı Balçılı kənd seçiciləri ilə görüş keçirib

9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Elşad Mirbəşiroğlu Göygöl rayonunun Qızılca, Qırıxlı Balçılı kənd seçiciləri ilə görüş keçirib.
Görüşü giriş sözü ilə YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev açaraq qeyd etmişdir ki, ölkəmizdə Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır, bütün bunlara görə Möhtərəm Prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk.
Milli Məclis deputatlığına namizəd Elşad Mirbəşir oğlu əvvəlcə ölkəmizin qazandığı böyük nailiyyətlər haqqında danışıb. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayıb, hazırda ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz birlik olduğunu deyib.
Tədbirdə Adil Qarayev çıxış edərək bildirmişlər ki, 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verməklə partiyamıza, dövlətimizə, dövlətimizin uğurlu siyasətinə və nəhayət Heydər Əliyev ideyalarına səs vermiş olacağıq.