YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Əziz Ələkbərov Saatlı rayonunun Əbil, Cəfərxan, Sarıcalar, Molavazlı və Dədə Qorqud kəndlərində seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi 62 saylı Saatlı seçki dairəsindən irəli sürülmş Əziz Yusif oğlu Ələkbrovun seçiclələ görüşləri uğurla davam edir.

Deputatlığa namizəd Əziz Ələkbərov rayonun Əbil, Cəfərxan, Sarıcalar, Molavazlı və Dədə Qorqud kəndinin seçiciləri ilə görüşlər zamanı 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi, ictimai-siyasi fəaliyyəti, eləcə də Milli Məclisə üzv seçilərsə görəcəyi işlər, kəndlər üçün reallaşdırmağı düşündüyü inkişaf proqramı haqqında seçicilərə geniş məlumat verdi, kənd sakinlərinin qayğıları, problemləri ilə maraqlandı.

Seçicilər Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyevin apardığı sürətli, dinamik islahatlardan, ölkənin hər yerində olduğu kimi Saatlının abadlaşmasından, insanların rifah halının yaxşılaşmasından razılıqlarını bildirdilər.

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əziz Ələkbərov seçiciləri 9 fevral tarixində fəal olmağa, seçki məntqələrinə gələrək siyasi iradələrini nümayiş etdirməyə və daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının rifah siyasəti kursuna səs verməyə dəvət etdi.