YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən ay BTC kəməri ilə 1,7 milyon ton Azərbaycan nefti nəql olunub

Noyabrda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri vasitəsilə 1 milyon 719 min 684 ton Azərbaycan nefti nəql edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildiriblər ki, bu ilin yanvar-noyabr ayları ərzində kəmərlə 26 milyon 45 min 242 ton neft ötürülüb. Ümumiyyətlə, BTC istifadəyə verilən gündən bu il dekabrın 1-dək kəmərə 261 milyon 186 min 835 ton neft vurulub.
Ötən ay BTC kəməri ilə ümumilikdə 620 min 436 ton Türkmənistan və Qazaxıstan nefti də nəql olunub.