YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan dövlətinin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan medianın formalaşması və inkişafıdır

Parisdə Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Elm, Təhsil və Media Komitəsinin təşkilatçılığı ilə "Mətbuat azadlığı və jurnalistləri təhlükəsizliyi" mövzusunda konfrans keçirilib. Tədbirdə bir sıra ölkələrdə media azadlıqları ilə bağlı problemlər, jurnalistlərin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər müzakirə olunub. Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin üzvü, AŞPA-nın Alt komitəsininsədri Sahibə Qafarova ölkəmizdə medianın azad fəaliyyəti və inkişafı üçün görülən tədbirlər barədə məlumat verib.

Millət vəkili qeyd edib ki, zəngin mətbuat ənənələri olan Azərbaycan bu gün öz demokratik inteqrasiyanı, Qərb institutları ilə səmərəli əməkdaşlığı özünün prioritetləri kimi elan edib. Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən demokratik islahatlar söz və mətbuat azadlığının möhkəmlənməsinə, medianın ictimai təsir gücünün və nüfuzunun artmasına imkan verib: "Azərbaycanda söz və mətbuat azadlığı çox möhkəm hüquqi baza ilə təminat altına alınıb, jurnalistlərə qarşı diskriminasiya hallarına yol verilmir. Dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan medianın formalaşması və inkişafıdır. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı Fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Yaradılan əlverişli mühitin nəticəsidir ki, bu gün ölkədə yüzlərlə mətbu orqanı dövlət qeydiyyatına götürülüb, 4800-ə qədər KİV mövcuddur".

Sahibə Qafarova vurğulayıb ki, bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan öz demokratik yolla inkişaf məqsədinə sadiqdir və atılan addımlar, o cumlədən, azad, müstəqil və güclü medianın formalaşmasına xidmət edən tədbirlər də məhz bu məqsədə xidmət edir.