YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“San-Diego Jewish Journal”: Azərbaycanın tolerantlıq təcrübəsi öyrənilməlidir

Kaliforniya yəhudilərinin nəşrlərindən olan “San Diego Jewish Journal” qəzetinin dekabr nömrəsində Azərbaycanda mövcud tolerantlıq mühitindən bəhs edən məqalə dərc olunub.
Los-Ancelesdə yaşayan yəhudi din xadimi Ravvin İsrael N.Baroukun müəllifi olduğu “Sülh və ümidin müdafiəsində” adlı məqalədə Azərbaycanın tolerantlıq təcrübəsinin yayılmasının və digər xalqlar tərəfindən öyrənilməsinin zəruriliyi qeyd edilir.
Məqalədə Azərbaycanın yəhudilərə qucaq açaraq onları qoruyan və sərbəst yaşamalarına şərait yaradan nadir ölkələrdən olduğu bildirilir, belə bir nümunənin dünyada tanıdılmasının önəmi vurğulanır. Müəllif mövqeyini əsaslandırmaq üçün bildirir ki, Azərbaycanda yəhudilər iki əsrdən bəri sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Azərbaycanda müxtəlif dini etiqadlar arasında qarşılıqlı hörmətin olduğu vurğulanan məqalədə Qırmızı Qəsəbədə yaşayan dağ yəhudilərindən də bəhs edilir, bu qəsəbənin İsrail xaricində yəhudilərin ən sıx yaşadıqları məntəqələrdən biri olduğu diqqətə çatdırılır.

 

DİGƏR Xəbərlər Arxiv