YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Əli Hüseynli seçicilərlə növbəti görüş keçirib

49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əli Hüseynli Yevlax rayon Aran qəsəbəsində, Xaldan kəndində və Mingəçevir şəhəri Tərəvəzçilik savxozunda seçicilərlə görüşlər keçirib.

Görüşdə deputatlığa namizəd Əli Hüseynli ölkəmizəd bütün sahələr üzrə davam etdirlən islahtlardan, Prezident İlham Əliyevin  rəhbərliyi ilə əldə edilmiş uğurlardan danışıb və bu uğurların davamı üçün parlamentdə Yeni Azərbaycan Partiyasının təmsilçilərinin daha çox olmasının vacibliyini vurğulayıb.

Görüşdə iştirak edən seçicilər isə öz növbələrində əmin ediblər ki, daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcək, onu növbəti müddətdə parlamentdə öz vəkilləri olması üçün 9 fevral-seçki günündə səsvermə prosesində fəal iştirak edəcəklər.