YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Noyabrda Ceyhan limanından dünya bazarlarına 1,8 milyon tondan çox Azərbaycan nefti çıxarılıb

Ötən ay Ceyhan limanından dünya bazarlarına 1 milyon 847 min 434 ton Azərbaycan nefti yola salınıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, bu həcmin 1 milyon 12 min 476 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Bu ilin 11 ayı ərzində isə Ceyhan limanından 26 milyon 442 min 278 ton neft ixrac olunub.
Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri istismara verilən gündən bu il dekabrın 1-dək Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 259 milyon 586 min 192 tona çatıb.