YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşlılar fevral ayının 9-u gününü səbrsizliklə gözləyirlər

9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 90 saylı Ağdaş Seçki Dairəsindən irəli sürülən YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun  seçicilərlə növbəti görüşləri rayonun Dəhnəxəlil və Yuxarı Ağcayazı kəndlərində keçirildi.

Hər iki kənddə keçirilən görüşləri açan Cavid Osmanov ilk növbədə görüşə gəldikləri və ona böyük dəstək verdikləri üçün seçicilərinə öz minnətdarlığını bildirdi. Son illər respublikamızda, eləcə də rayonda görülmüş abadlıq-quruculuq işlərininin hər bir ağdaşlının gözü önündə baş verdiyini qeyd edən Cavid Osmanov bütün bunlara qarşılıq olaraq ağdaşlıların da daim dövlətimizin, dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx şəkildə birləşdiyini görüş iştirakçılarının diqqətinə çatdırdı. Ötən dövr ərzində Milli məclisdəki fəaliyyəti haqqında məlumat verən Cavid Osmanov seçicilərini əmin etdi ki, onu yenidən dəstəkləsələr növbəti dəfə də onların etimadını doğruldacaqdır.

Keçirilən görüşlərdə təbilğat qrupunun üzvlərindən Tənzilə Şıxıyeva, Vaqif Hacıyev, İsmayıl Xuduyev və Sevgili İbrahimova çıxış edərək Cavid Osmanovun rayon sakinlərinin problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını, eyni zamanda rayonun ictimai-siyasi həyatındakı fəaliyyətini, sadəliyi və səmimiliyi ilə sakinlərin rəğbətini qazanmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq 9 fevralda seçiciləri fəal olmağa çağırdılar.

Dəhnəxəlil kəndində baş tutan görüşə  bu kənddən olan seçicilərlə yanaşı Türyançay qəsəbəsindən olan seçicilər də gəlmişdilər. Görüş iştirakçıları Cavid Osmanovun onlarla görüşə gəlməsini böyük sevinclə qarşıladılar. Seçicilər adından çıxış edənlər – Qəhrəman Hacıyev, Nizam Abdullayev, İzafə Əliyeva və Minayə Məmmədkərimova bildirdilər ki, Cavid Osmanovun namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən yenidən irəli sürülməsi xəbərini eşitdikdə hədsiz sevinc hissləri keçiriblər və bu gün də bu qürur hissini keçirirlər. Onlar qeyd etdilər ki, fevralın 9-nu səbrsizliklə gözləyirlər ki, gedib öz seçimlərini təsdiqləsinlər.

Yuxarı Ağcayazı və Aşağı Ağcayazı kəndlərindən olan seçicilərlə keçirilən görüşdə seçicilər adından çıxış edən Nizami Məmmədov, Baqi Səlimov, Cavanşir İbrahimov bəyan etdilər ki, onlar hər zaman Yeni Azərbaycan Partiyasının, partiyanın sədri ölkə Prezidenti cənab İlham Əliyevin siyasi xəttini bəyəniblər və bu gün də bu belədir. Odur ki, ayın 9-da Yeni Azərbaycan Partiyasının namizədi olaraq Cavid Osmanova səs verəcəklər.

Görüşlərdə Cavid Osmanov seçiciləri maraqlandıran suallara ətraflı cavablar verdi, onlarla kollektiv və fərdi qaydada xatirə şəkilləri çəkdirdi.

 

DİGƏR Xəbərlər Arxiv