YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanda heç vaxt dini radikalizm olmayıb

Azərbaycanda heç vaxt dini radikalizm olmayıb, amma vaxtilə siyasi radikalizmin ölkəyə necə ziyan gətirdiyinin şahidi olmuşuq. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkəmizdə siyasi radikalizmə də son verildi və sabit inkişafın əsası qoyuldu.
Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli mənəvi dəyərlər: tarixilik, varislik və müasirlik” mövzusunda gənclərlə keçirilən görüşdə səsləndirib.
Əli Əhmədov bildirib ki, sabitliyin, dincliyin olmadığı və əvəzində radikalizmin kök saldığı yerdə inkişafdan danışmaq yersizdir. Regionda baş verən hadisələri buna misal çəkən Baş nazirin müavini vurğulayıb ki, radikalizmin gücləndiyi yerdə heç bir dialoqdan söhbət gedə bilməz və bunun da sonu fəlakətdir.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycan vətəndaşları radikalizmin sülh və sabitlik üçün nə qədər təhlükəli olduğunu yaxşı bilirlər.