YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatı tərəfindən partiyanın millət vəkilliyinə irəli sürülmüş namizədlərinin təbliğat-təşviqat kampaniyasına start verildi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 09 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verildi. Kampaniya çərçivəsində partiyanın millət vəkilliyinə vahid namizədləri 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə Əliyarlı Kubra Məhəmməd qızı, 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə Qafarov Kamaləddin Nəsrəddin oğlu, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə Əliyev Anar Məmməd oğlunun üzərində Yeni Azərbaycan Partiyasının “Daha güclü Azərbaycan naminə” şüarı yazılan təbliğat plakatları müvafiq məntəqə seçki komissiyalarının təbliğat lövhələrinə yerləşdirildi.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının gənc fəalları və könüllülərinin iştirakı ilə təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə və mütəşəkkil başlanıldı.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 27 dekabr 2019-cu il tarixli qərarına əsasən VI çağırış Milli Məclisə keçiriləcək seçkilərdə 123 nəfərin namizədliyi irəli sürülüb. Namizədlərin təbliğat-təşviqat kampaniyası seçkilərin keçirilməsinə 24 saat qalmış, yəni fevralın 8-i səhər saat 08:00-da başa çatacaq. Təbliğat-təşviqat kampaniyası müddətində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsi öncədən təsdiq olunmuş qrafikə uyğun olaraq mütəmadi təbliğat görüşləri keçirəcək və seçicilərin seçki prosesinə fəal qoşulması istiqamətində silsilə görüşlər təşkil edəcək.