YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: İndiyədək 1534 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Əvvəlki parlament seçkiləri ilə müqayisədə fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar indiyədək rekord sayda deputatlığa namizəd qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yanvarın 16-da “Seçkinin mediada işıqlandırılması" mövzusunda keçirilən informasiya sessiyasında bildirib.

MSK sədri deyib ki, yanvarın 15-nə olan məlumata görə, 1534 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.