YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Azərbaycanda bərpaolunan enerji istehsalının artırılmasına böyük diqqət göstərilir

“Azərbaycan elektrik enerjisi istehsalının artırılmasına istehsal mənbələrinin diversifikasiya edilməsi yolu ilə nail olmağı hədəfləyib”. Bu fikri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, hazırda bərpa olunan enerji sektoru dünyada yaşıl iqtisadiyyatın bir qolu kimi inkişaf etdirilir. Bununla həm ekologiyaya dəyən ziyan azaldılır, həm də karbohidrogen resurslarına əhəmiyyətli dərəcədə qənaət edilir. Təsadüfi deyil ki, dünyada davamlı inkişaf məqsədlərinə nail olunması üçün ölkələrin alternativ enerji mənbələrinə çıxış imkanlarının artırılması və bu yolla qlobal enerji və ekoloji təhlükəsizliyə töhfələr verilməsinin zəruriliyi BMT-nin gələcək üçün müəyyənləşdirdiyi paradiqmaları sırasında xüsusi yer tutur. Hazırda inkişaf səviyyəsi kifayət qədər yüksək olan ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya kimi ölkələr ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji istehsalını ilbəil artırırlar və bu sahəyə böyük həcmlərdə investisiyalar yönəldirlər.
“Azərbaycan hökuməti də məhz dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnərək respublikada bərpaolunan enerji istehsalının artırılmasına böyük diqqət göstərir. Azərbaycan alternativ və bərpa olunan enerji sektorunu inkişaf etdirməyi hədəfləyərkən ilk növbədə ölkənin geniş imkanlarını əsas götürüb. Respublikamızın əlverişli coğrafi-iqlim xüsusiyyətləri alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə imkan verir. Bu resurslardan, o cümlədən biokütlə və geoterminal enerji mənbələrindən geniş və səmərəli istifadə edilməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Hesablamalara görə, Azərbaycan illik 800 MVt-yə yaxın külək enerjisi ehtiyatına malikdir və bu, ildə təxmini 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Qeyd olunan göstərici ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət edilməsinə, ən əsası isə külli miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınmasına imkan verir”-deyə, C.Osmanov vurğulayıb.