YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ülviyyə Həmzəyeva: Ötən illər ərzində Azərbaycan mədəniyyətinin inkişafında böyük nailiyyətlərə imza atılıb

“Ötən illər ərzində  Azərbaycan mədəniyyətinin inkişafında böyük nailiyyətlərə imza atılıb”. Bu fikri Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

Ü.Həmzəyeva bildirib ki, Azərbaycan muğamı, ifaçılıq sənəti ölkə sərhədlərinin hüdudlarını aşaraq, dünyada tanınıb, şöhrətlənib, nüfuz qazanıb. Ölkəmizdə muğam müsabiqələrinin, beynəlxalq festivallarının keçirilməsi, o cümlədən, dünyamiqyaslı “Eurovision” mahnı müsabiqəsinə uğurla evsahibliyi edilməsi bu inkişafın əməli nəticələridir. Bunlar da məhz Azərbaycan dövlətinin, ölkə rəhbəri İlham Əliyevin, o cümlədən, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın geniş və hərtərəfli dəstəyi, diqqət və qayğısı nəticəsində mümkün olub.

“Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunması və dahi şairimizin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamın imzalanması dövlət və dövlət başçısı səviyyəsində sözə, əbəbiyyata böyük önəm verilməsinin əyani təsdiqidir. Çünki haqq və ədalət carçısı olan dahi Nəsiminin yubileyinin qeyd olunması həm də Azərbaycanın, onun mədəniyyətinin, ədəbiyyatının ədəbi nümunələrinin təbliğ olunması, dünyada tanıdılması baxımından əlavə fürsət və şans demək idi. Bir il ərzində də bu yöndə çoxsaylı tədbirlərin keçirilməsi bir daha qarşıya qoyulan hədəflərə çatılması baxımından çox mühüm faydaları ilə özünü nümayiş etdirdi. Azərbaycan Nəsimi ilə bir daha dünyaya işıq, nur saçdı, daim haqqın və ədalətin yanında olduğunu dünyaya bəyan etdi”-deyə, deputat qeyd edib.