YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Orxan Məmmədov: Azərbaycanda elektron ticarətin inkişafı prioritetdir

“Bu gün dünyada elektron ticarətin həcmi sürətlə artır. Azərbaycan da dünya iqtisadi sisteminin bir parçası olaraq bu tendensiyalara uyğunlaşmaq istiqamətində mühüm addımlar atmaqdadır. Azərbaycanda e-ticarətin inkişafı prioritet olaraq müəyyən edilib. Prioritet istiqamətlər əsasən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi və pərakəndə satışlarda elektron ticarətin payının artırılmasını ön plana çəkir”. Bu fikirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib ki, Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması, transsərhəd ticarətin inkişafı prioritet müəyyən edilib. Onun sözlərinə görə, ölkədə nağdsız ödənişlərin həcminin genişləndirilməsi üçün hüquqi zəmin yaranıb.

“Hesab edirik ki, elektron ticarətin inkişafı üçün 3 tərəf - vətəndaş, biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyırlar. Vətəndaşın əsas məsuliyyəti rəqəmsal biliklərə yiyələnmək, ödənişləri elektron qaydada həyata keçirməkdən ibarətdirsə, sahibkar istehsal və ixrac etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin bu prosesə marağını artıra bilər. Dövlət isə tənzimləmə sahəsində addımlar atmaqla bu sahədə olan ekosistemin effektivliyini artıra, eləcə də elektron ticarəti təşviq edə bilər. Bir sözlə iqtisadi subyektlər arasında nağdsız dövriyyənin artması və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşması elektron ticarətin böyüməsi üçün əsas amillər rolunda çıxış edir. 2017-ci ildə yaradılmış KOBİA-nın əsas vəzifəsi məhz ölkədə startap, mikro, kiçik və orta biznesin dəstəklənməsidir” - deyə, O.Məmmədov vurğulayıb.