YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ölkəmizdə reallaşdırılan yol-nəqliyyat layihələrinin əhatə dairəsi kifayət qədər genişdir

“Son 16 ildə respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi siyasətində həm daxili, həm də beynəlxalq əməkdaşlıq tələb edən layihələrin icrası diqqət mərkəzində saxlanılıb. Bu dövrdə respublikamızda reallaşdırılan yol-nəqliyyat layihələrinin əhatə dairəsi kifayət qədər genişdir”. Bu fikirləri Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 16 min kilometr avtomobil yolu tikilib, 443 körpü istifadəyə verilib. Onun sözlərinə görə, respublikamız yeddi beynəlxalq hava limanına malikdir və bunların hər biri işlək vəziyyətdədir. Hava limanlarının altısında beynəlxalq uçuşlar da həyata keçirilir.

“Davos Ümumdünya İqtisadi Forumunun bəhs olunan son hesabatında göstərilir ki, hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-ci yerdədir.
Ölkəmizdə daxili yol-nəqliyyat infrastrukturunun yenilənməsi həm paytaxt Bakını, həm respublikanın bütün bölgələrini əhatə edir. Müstəqillik illərində paytaxtımızda çoxlu sayda yollar yüksək səviyyədə yenidən qurulub, hərəkətin intensivliyini təmin etmək məqsədilə müxtəlif ünvanlarda müasir yol qovşaqları, körpülər, yeraltı və yerüstü keçidlər inşa olunub. Reallaşdırılan layihələrin nəticəsidir ki, artıq bir sıra istiqamətlərdə bölgələrdən gələn avtomobillər şəhərə daxil olmadan öz hərəkətlərini məhz dairəvi yolla davam etdirirlər ki, bu da paytaxtımızın yüklənməsini əhəmiyyətli dərəcədə azaldır. Belə misalların sayı kifayət qədər çoxdur. Hazırda paytaxtımızın yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Respublikamızın regionlarında da yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Əlamətdar haldır ki, bu istiqamətdə işlər intensiv şəkildə ölkənin bütün bölgələrində aparılır”-deyə, E.İbrahimov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv