YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Ramiz Mehdiyev: Prezident İlham Əliyevin təşəbbüsləri ölkənin və regionun iqtisadi landşaftını dəyişir

“Azərbaycanda “cazibə mərkəzi” var. Onun mahiyyəti Prezident İlham Əliyevin irəli sürdüyü “milli ideya”dır. Milli həmrəylik bu ideya ətrafında cərəyan edir. O, ölkənin inkişafı üçün əsas mənəvi özəyə çevrilib. Bu ideya postsənaye, informasiya cəmiyyətinin yolunu işıqlandırır, böyük vəzifələrin həllinə hədəflənmiş insanları ruhlandırır və birləşdirir. Prezident Azərbaycan xalqının dəstəyinə arxalanaraq, milli mənafeləri müdafiə edərək firavan dövlət qurmağa yönəlmiş siyasət yürüdür.” Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və müasir Azərbaycan” sərlövhəli məqaləsində qeyd edib. 

Akademik Ramiz Mehdiyev məqalədə bildirir ki, İlham Əliyevin söylədiyi fikirlərin və həyata keçirdiyi işlərin mahiyyətinə diqqətlə varsaq asanlıqla başa düşmək olar ki, bu fikirlər və əməli işlər dərindən dərk edilmiş milli ideyadır: “Dövlətimizin başçısı məhz bu ideyadan çıxış edərək ölkəni postsənaye cəmiyyəti relsləri üzərinə - yüksək səviyyəli orbitə çıxarmaq kimi möhtəşəm bir planı həyata keçirir.

Bu gün Prezident İlham Əliyevin təşəbbüsləri ölkənin və regionun iqtisadi landşaftını dəyişir, öz liderini inamla dəstəkləyən xalqın mənəvi dirçəlişi üçün güclü stimula çevrilir.”