YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Yanvarın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Milad bayramı münasibətilə ölkəmizin pravoslav xristian icmasını təbrik edib.

Dövlətimizin başçısı bütün xristian icmasını səmimi-qəlbdən təbrik edərək, Azərbaycanda əsrlər boyu müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşadıqlarını qeyd edib. Məktubda vurğulanıb ki, cəmiyyətdə etnik-mədəni müxtəlifliyin, multikultural ənənələrin və dözümlülük mühitinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Sivilizasiyalararası və dinlərarası dialoqun möhkəmlənməsinə önəmli töhfələr verən mötəbər tədbirlərin, o cümlədən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya dini liderlərinin II Bakı Sammitinin ölkəmizdə keçirilməsi beynəlxalq miqyasda sülhün, əmin-amanlığın və harmoniyanın bərqərar olunması işində Azərbaycanın mühüm rol oynadığını göstərir.

“Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan xristianlar ölkəmizdə gedən böyük quruculuq işlərində və milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, Azərbaycanın tərəqqisi naminə bacarıq və səylərini əsirgəmirlər.

Əziz həmvətənlər!

Mübarək Milad bayramı yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy, bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.

Bayramınız mübarək olsun!”, - deyə dövlətimizin başçısının təbrik məktubunda qeyd edilib.