YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir

“Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, son zamanlar Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Yəni bütün bu tədbirlər uzunmüddətli islahatlar paketinin tərkib hissəsidir. Vətəndaşların rifahını başlıca vəzifəsi hesab edən Prezident İlham Əliyev onların sosial, iqtisadi əmin-amanlıqlarını qorumağa çalışan bir sistem yaratmaq məqsədinə nail olmaq üçün cəmiyyətin bütün sferalarında ciddi islahatlar aparır.

“Son günlərini yaşadığımız il Prezidentimiz tərəfindən həyata keçirilən struktur və kadr islahatları ilə yadda qaldı. İdarəetmədə səmərəliliyi artırmaq məqsədilə islahatlar bu sahəni də əhatə etdi. Dövlət başçısı tərəfindən qarşıya qoyulan iqtisadi, sosial məsələlərə nail olmaq məqsədilə idarəetmə sahəsində də yeni yanaşmanın tətbiqi vacib sayılırdı. Ona görə də, islahatların davamı kimi 2019-cu ildə struktur islahatları da dərinləşdi, kadr dəyişikliklərinə başlandı. Bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir. Bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv transformasiyasını, həyata keçirilməsi daha geniş hədəflərinin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir”-deyə, M.Qurbanlı vurğulayıb.