YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Türk dövlətləri arasında informasiya məkanının genişləndirilməsinə ehtiyac var

«Bu gün türk dünyasının birliyinin güclənməsi yönündə ciddi addımlar atılır. TÜRKPA bu baxımdan vacib platformadır». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, türk dünyası arasındakı əlaqələr siyasi, ekoloji, ideoloji, iqtisadi, akademik baxımdan getdikcə güclənir. Onun sözlərinə görə, türk dövlətləri arasında  informasiya məkanının genişləndirilməsinə ehtiyac var”.

«Etiraf edək ki, bütün Türk dünyasını əhatə edən media formalaşmayıb və bu səbəbdən TÜRKPA-ya üzv ölkələr arasında informasiya məkanı genişləndirilməlidir. Üzv ölkələrin ortaq televiziya kanalının olması vacibdir. Beləliklə, hər bir türkdilli ölkənin xalqı digər türkdilli ölkədə baş verən hadisələrdən xəbərdar olacaq və onu təhlil etmək imkanı qazanacaq. Bu eyni zamanda xalqlarımız arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsinə də zəmin yaradacaq»- deyə, N.Cəfərov vurğulayıb.