YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Hacıyev: Azərbaycanın dövlət gənclər siyasəti dünya üçün nümunə olacaq modeldir

«Azərbaycanın dövlət gənclər siyasəti dünya üçün nümunə olacaq modeldir». Bu fikri Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.

F.Hacıyev bildirib ki, bu siyasət gənclərin intellektual təfəkkürünün formalaşmasında mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan gənclər siyasətinin əsas istiqaməti ölkəmizin gənc vətəndaşının inkişafıdır.

«Dünyada elə bir ölkə yoxdur ki, onun rəhbəri mütəmadi olaraq gənclərlə görüşsün. Amma Azərbaycan Prezidenti İlham Əliyev ildə 2-3 dəfə gənclərlə görüşür və açıq dialoq təşkil olunur. Ümumiyyətlə, belə bir nümunə dünyanın heç bir yerində yoxdur. Bu gün Azərbaycanda gənclərlə bağlı dövlət proqramları qəbul edilir. Burada dövlətin gənclərə olan konkret münasibətindən söhbət gedir. Ümumiyyətlə, Azərbaycanda gənclər siyasəti dövlətin bir prioritet istiqamətidir. Təbii ki, biz bununla da fəxr edirik»- deyə, F.Hacıyev qeyd edib.