YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlament seçkilərində iştirak etmək üçün 1329 namizəd müraciət edib

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1329 namizəd müraciət edib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahovun sözlərinə görə, namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb. 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1056 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.

M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərin 1042 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 829 nəfəri isə imza vərəqələrini artıq götürüb, 60 nəfəri onları geri qaytarıb və biri qeydə alınıb.

 

DİGƏR Xəbərlər Arxiv