YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Avropa Birliyi özünün etibarlı tərəfdaşının inamını qazanmalıdır

“Azərbaycanla Avropa İttifaqı arasındakı imzalanmalı olan assosiativ sazişin imzalana bilməməsinin əsas səbəbkarı qarşı tərəfdir. Onlar Azərbaycanın maraqlarını nəzərə almaq istəmirlər. Cənab Prezident yerli jurnalsitlərə müsahibəsində bu məsələyə aydınlıq gətirdi. Onlar xaricə ixrac olunan mavi yanacağın qiymətinin əhaliyə təklif olunan qiymətlə eynilik təşkil etməsini istəyirlər. Bu isə yolverilməzdir”. Bu fikirləri Milli Məclisin deputatı  Sona Əliyeva deyib.

S.Əliyevanın sözlərinə görə, çünki belə olan halda bizim maraqlarımız tapdanır: “Azərbaycan həmişə beynəlxalq müqavilələrlə bağlı danışıqlarda qarşı tərəflərin maraqlarını da nəzərə alıb. Avropa İttifaqı da bizim maraqlarımıza hörmətlə yanaşmalıdır. Biz mavi yanacağı xaricə ucuz sata bilmərik. Nə də əhaliyə xaricə satdığımız qiymətə təklif edə bilərik. Çünki bu mümkün deyil. Burada bir məsələ də var. Avropa İttifaqı ilə saziş imzalanandan sonra əsas maneə cənab Prezidentin söylədiyi kimi Ümumdünya Ticarət Təşkilatı ilə bağlıdır. Avropa İttifaqı ilə assosiativ saziş imzalayan digər ölkələr ÜTT-yə üzv olur. MDB məkanındakı bir neçə dövlət ÜTT-nin üzvüdür. Azərbaycandan da bu tələb edilir. Daha doğrusu, sazişin bəndləri arasında belə bir şərt var.  Azərbaycanın bu təşkilata niyə üzv olmadığını Prezidentimiz izah etdi ki, rəqabət qabiliyyətli məhsullar istehsal etdikdən sonra bu təşkilata üzv olmaq mümkündür. Ona görə ki, ucuz mallar Azərbaycan bazarını doldurmasın”.

Millət vəkili deyib ki, əsas maneə cənab Prezidentin söylədiyi kimi Ümumdünya Ticarət Təşkilatı ilə bağlıdır. Avropa İttifaqı ilə assosiativ saziş imzalayan digər ölkələr ÜTT-yə üzv olur. Azərbaycanın bu təşkilata niyə üzv olmadığını dövlətimizin başçısı  izah etdi ki, rəqabət qabiliyyətli məhsullar istehsal etdikdən sonra bu təşkilata üzv olmaq mümkündür: “Ona görə ki, ucuz mallar Azərbaycan bazarını doldurmasın. Ümid edirik ki, Qərb diplomatları Azərbaycanın maraqlarını və sazişlə bağlı irəli sürdüyü məqamları nəzərə alacaqlar. Çünki Avropa İttifaqı Azərbaycan kimi etibarlı tərəfdaşı heç vaxt itirmək istəməz. Amma bunun üçün etibarlı tərəfdaşın da inamını qazanmaq lazımdır. Yəni, Avropa Birliyi etibarlı tərəfdaşının inamını qazanmalıdır”.

DİGƏR Xəbərlər Arxiv