YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev ARDNŞ-in Gürcüstandakı yeni inzibati binası ilə tanış olmuşdur

Prezident İlham Əliyev mayın 6-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Tbilisidəki yeni inzibati binası ilə tanış olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məlumat verildi ki, ARDNŞ-in Gürcüstandakı yeni inzibati binasının tikintisinə 2009-cu ildə başlanmış, 2012-ci ildə istifadəyə verilmişdir. Bu kompleks ARDNŞ-in Azərbaycandan kənarda yerləşən ən böyük inzibati binasıdır. Binada şirkətin Gürcüstan nümayəndəliyi, “SOCAR Energy Georgia” MMC və digər törəmə şirkətlər yerləşir.

Ümumi sahəsi 17600 kvadratmetr olan inzibati bina Bakıdakı Qız qalasını xatırladır və beş blokdan ibarətdir. Bloklardan üçündə ofis sahələri yerləşir. Digər iki blokda yeməkxana, yeraltı avtomobil qarajı və texniki sahə fəaliyyət göstərir.

ARDNŞ-in Gürcüstan nümayəndəliyinin binası ən yüksək beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz olunmuşdur və müasirliyi ilə diqqəti cəlb edir. Bina Tbilisi şəhər meriyası tərəfindən keçirilmiş “Memarlıq Mükafatı 2011” Beynəlxalq müsabiqəsində “İctimai tikinti” nominasiyasının qalibi olmuşdur.

 

DİGƏR Xəbərlər Arxiv