YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bələdiyyə seçkilərinə hazırlıq işləri Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatı tərəfindən uğurla davam etdirilir

Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatı tərəfindən uğurla davam etdirilir. Hər seçkilərdə olduğu kimi bu seçkidə də YAP tam gücü ilə iştirak etməyi, bələdiyyələrdə daha çox təmsilçisinin olmasını qarşıya məqsəd kimi qoyub.

Təşkilat sədri Anar Cəfərovun verdiyi məlumata görə, dünən səhər saatlarından etibarən əvvəlcədən yaradılan işçi qurupu təbliğat-təşviqat işlərinin həyata keçirilməsinə başlayıb: " Məlum olduğu kimi, rayonda fəaliyyət göstərəfn 17 bələdiyəyə 163 nəfər namizəd irəli sürülərək lazımı sənədləri 61 və 60 saylı Dairə Seçki Komissiyaları tərəfindən təsdiq olunub. Namizədlərin qeydə alınması üçün zəruri işlər səlahiyyətli numayəndələr tərəfindən görülüb. Namizədlərin imza toplama işləri başa çatdırılaraq DSK-lara təqdim olunub. Ayın biri səhər saatlarından etibarən isə təbliğat-təşviqat işlərinə başlanılıb. İşçi qurupu namizədlərin şəkillərini, "Rifah və Quruculuq naminə" şüarını məntəqələrdə hazırlanan lövhələrə asıblar. Təbliğat işləri davam etdirilir".