YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Pirallahı rayonunda qanvermə aksiyası keçirildi

Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının kollektivinin fəallığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü münasibətilə qanvermə aksiyası keçirildi. Bu humanitar aksiyada rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak etdilər.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilir. Belə ki, qanvermə aksiyasında 300-ə yaxın rayon sakini iştirak edərək talassemiyalı və hemofiliyalı xəstələrə yardım üçün könüllü olaraq qan verdi. Aksiyada yüksək fəallıqla iştirak edən donorlar qanvermənin xeyirxah və savab iş olduğunu bildirərək, bu aksiyalarda iştirak etmənin hər bir kəsin vətəndaşlıq borcu olduğunu bildirdilər.

 

DİGƏR Partiya xəbərləri Arxiv