YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Masallı rayon təşkilatında bələdiyyə seçkilərinə start verildi

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə namizədliy irəli sürülən şəxslərin təbliğat-təşviqat işlərinə başlanılıb.

YAP İcra katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Masallı rayon təşkilatında da təbliğat işlərinə sürətlə başlanılıb. Təşkilat sədri Seyfəddin Əliyevin bildirdiyinə görə, 366 nəfərin təbliğatı yüksək səviyyədə həyata keçirilməyə başlanılıb: "Bələdiyyə seçkilərinə hazırlıq prosesi ümumi tapşırıq və tövsiyələrə müvafiq şəkildə uğurla davam etdirilir. Bütün işlər plan-qrafik əsasında həyata keçirilir, nəzərdə tutulmuş tədbirlərin zamanında və səmərəli şəkildə görülməsi üçün operativlik təmin edilir. Seçki kompaniyasının başlanması ilə bərabər əvvəlcədən yaradılan işçi quruplarımız tərəfindən lövhələrə şəkillərin vurulması, "Rifah və Quruculuq naminə" şüarını yapışdırılması və digər zəruri işlər başa çatdırılıb. Heç bir qanun pozuntusu və yaxud problem yaşanmayıb. Qarşıdakı günlərdə bizi daha məsuliyyətli işlər gözləyir.

İnanırıq ki, bütün işlərin öhtəsindən layiqincə gələcəyik".