YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda bələdiyyə seçkiləri yüksək seçici fəallığı ilə davam edir

Məlum olduğu kimi, bu gün Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Və ölkənin hər yerində olduğu kimi Yevlaxda da bələdiyyə seçkiləri yüksək seçici fəallığı ilə davam edir. 

Qeyd edək ki, ərazisində 2 dairə57 məntəqə yerləşən Yevlax rayonunda 48 saylı Yevlax Dairə Seçki Komissiyası üzrə (31 məntəqə) 34989 nəfər, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi üzrə (26 məntəqə) 26526 nəfər seçici qeydə alınıb.
48 saylı Yevlax Seçki Dairəsindən 9 bələdiyyədə 89 nəfər, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsində isə 20 bələdiyyədə 178 nəfər Bələdiyyə üzvləri seçilməlidir. Seçki Məcəlləsinə uyğun olaraq 29 bələdiyyənin tərkibində mövcud olan ümumilikdə 267 yerə 267 nəfər YAP fəalının namizədliyi irəli sürülüb.
Beləliklə, baş çəkdiyimiz məntəqələrdə yüksək seçici fəallığı müşahidə edilirdi. Yevlaxlı seçicilər və seçki məntəqələrindəki müşahidəçilər bildirdilər ki, seçicilərin bu cür fəallığı heç də təsadüfi deyil. Çünki ölkəmizdə seçkilərin azad, ədalətli və demokratik keçirilməsi üçün həyata keçirilən tədbirlər qəbul edilən qərar və qanunlar sadə vətəndaşların seçki fəallığına da müsbət təsir göstərir.