YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Ölkəmizdə pambıqçılıq son illər ərzində dirçəlib və bu sahədə ən yüksək nəticələr qazanılıb

“Hazırda Azərbaycan dövləti ölkədə qeyri-neft iqtisadiyyatının mühüm qolu olan kənd təsərrüfatının yeni yanaşmalar, innovasiyaların tətbiqi yolu ilə inkişafına güclü siyasi iradə göstərir. 2019-cu ildə ölkənin aqrar sektorunda 7 faizdən çox artım müşahidə edilib. Son illərdə respublikamızda pambıqçılıq, üzümçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, tütünçülük, çayçılıq kimi geniş potensiala və yaxşı ənənələrə malik sahələr intensiv şəkildə inkişaf edir”. Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurların əsasında düzgün siyasət və dövlət dəstəyi dayanır. Onun sözlərinə görə,  dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədəki nitqində dövlət başçısı bu amilə xüsusi diqqət çəkib. Prezident İlham Əliyev bildirib ki, hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir.

“Son 16 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində aqrar sektorda davamlı inkişafa rəvac verən genişmiqyaslı islahatlar aparılıb, fermerlərə dəstək tədbirləri gücləndirilib. Eyni zamanda, respublikamızda kənd təsərrüfatının bir sıra ənənəvi sahələrinin inkişafının prioritetliyi təmin edilir ki, bunların içərisində pambıqçılıq xüsusi yer tutur. Məlum olduğu kimi, pambıqçılıq aqrar sektorun çox gəlirli və əmək tutumu yüksək olan bir sahəsidir. Artıq respublikamızda pambıqçılığın tənəzzül dövrünün arxada qaldığını söyləmək mümkündür. Respublikamızda 2016-cı ildən başlayaraq Prezident İlham Əliyevin tapşırıqları əsasında bu gəlirli sahənin inkişafını təmin etmək üçün çox ciddi tədbirlər görülüb və 2017-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. Ümumiyyətlə respublikamızda pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyinin əhatə dairəsi kifayət qədər genişdir. Ölkəmizdə pambıqla məşğul olan fermerlərə güzəştli kreditlər verilir. Pambıqtəmizləmə zavodlarında təmir-bərpa, sazlama işləri aparılıb. 2016-cı ildən pambığın hər kiloqramına görə istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlanıb. 2015-ci ildə pambığın satınalma qiyməti 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildən bu rəqəm 65 qəpiyə qaldırılıb. Fermerlərə pestisidlər güzəştlə verilir. Hər hektara görə güzəştlər 10 manatdan 50 manata qaldırılıb. Gübrələr üçün güzəştlər isə 100 manatdan 150 manatadək artırılıb. Bütün bu addımlar dövlətin pambıqçılığın inkişafına göstərdiyi diqqətin təzahürüdür. Dövlət Proqramı əsasında ölkəmizdə pambıqçılıq dörd il ərzində dirçəlib və bu sahədə ən yüksək nəticələr qazanılıb. 2019-cu ildə ölkəmizdə pambıq yığımı üzrə rekord göstərici əldə olunub, sahələrdən 294 min ton pambıq tədarük olunub və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib”-deyə, M.Xəlilov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv