YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Vətəndaşlar seçki hüquqlarından istifadə edərək öz iradələrini sərbəst şəkildə ifadə edirlər

“Bələdiyyə seçkilərində vətəndaşlar seçki hüquqlarından istifadə edərək öz iradələrini sərbəst şəkildə ifadə edirlər”.   Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, seçki məntəqələrində səsvermə prosesi yüksək səviyyədə təşkil olunub. Nəsimi rayonu ərazisində bir sıra seçki məntəqələrində müşahidə apardığını deyən millət vəkilinin sözlərinə görə, səsvermənin təşkili və gedişi qanunvericiliyə tam uyğundur.

S.Qafarova qeyd edib  ki, ölkəmizin ictimai-siyasi həyatında böyük əhəmiyyətə malik olan bələdiyyə  seçkilərinin şəffaf, demokratik, ölkə qanunvericiliyinin tələblərinə və beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün şərait yaradılıb.

Azərbaycanın zəngin seçki təcrübəsinin formalaşdığını deyən deputat qeyd edib ki, hər seçkidən seçkiyə ölkəmizin bu sahədəki təcrübəsi daha da təkmilləşir. “Azərbaycanda seçkilərin azad, demokratik və şəffaf keçirilməsini şərtləndirən amillər kifayət qədərdir. Ölkədə hökm sürən möhkəm əsaslara malik ictimai-siyasi sabitlik, mükəmməl seçki qanunvericiliyi, fikir plüralizmi və bərabər rəqabət şəraitinin yaradılması, uğurlu təşviqat aparılması imkanlarının təmini seçkilər prosesinin yüksək səviyyədə təşkilinə imkan verir. Eyni zamanda, cəmiyyətimizin prosesə marağı və göstərdiyi fəallıq da qənaətbəxşdir. Bütün bunlar isə nəticə etibarilə bu seçkilərin də yüksək səviyyədə keçiriləcəyini söyləməyə əsas verir”-deyə, S.Qafarova qeyd edib.