YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Atırau Dövlət Universitetində “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırılması Mərkəzi” açılacaq

Qazaxıstanın Atırau şəhərindəki X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırılması Mərkəzi” açılacaq.
Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi ölkəmizin tarixi və mədəni irsini təbliğ etməkdir.
Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və digər sahələri ilə əlaqədar Baş konsulluq tərəfindən hazırlanmış stendlər, habelə konsulluğun dəstəyi ilə çap edilmiş kitablar Mərkəzdə nümayiş olunacaq.
Açılış mərasimində burada yaradılmış elektron kitabxana, videoteka, müasir Azərbaycan haqqında fotosərgi nümayiş etdiriləcək, ölkələrimiz arasındakı əlaqələrdən bəhs olunacaq.